Yeni xəbərlər

Xalq Müdafiəçisinin nümayəndələri saxlanılanlara baş çəkiblər

19 noyabr 2024-cü il tarixində Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri mitinq zamanı aldıqları fiziki xəsarətlərlə əlaqədar müvəqqəti təcridxanaya yerləşdirilən 14 vətəndaşa və klinikada olan 2 vətəndaşa baş çəkiblər.

Xalq Müdafiəçisinin nümayəndələrinin baş çəkdiyi 16 nəfərdən 10-u qeyri-münasib rəftarın və ya həddindən artıq güc tətbiqinin qurbanı olduğu iddia edilir.

Xalq Müdafiəçisi Aparatı buna müvafiq reaksiya verib və Xüsusi İstintaq Xidmətini dərhal işə başlayıb effektiv araşdırma aparmağa - bütün məsul şəxslərin müəyyən edilməsinə çağırıb. Bundan başqa, Xalq Müdafiəçisi Aparatı tərəfindən ictimaiyyətə yayılan, polisin zor tətbiqinin mümkün həddən artıq olması və jurnalistlərin fəaliyyətinə müdaxilə faktlarının əks olunduğu məlumat və görüntülər Xüsusi İstintaq Xidmətinə təhvil verilib.

İnsan hüquqlarının pozulması faktları ilə bağlı cavab tədbirlərinin səmərəliliyini qiymətləndirmək üçün Baş Prokurorluq istintaqın gedişinə nəzarət edəcək.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)