Xalq Müdafiəçisi vəzifəsini icra edən Qori bələdiyyəsində görüşlər keçirib
2 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi vəzifəsini icra edən Tamar Qvaramadze Qori Bələdiyyəsində bir sıra görüşlər keçirdi.
Şida Kartlinin Dövlət Müvəkkili Mixail Şakulaşvili ilə keçirilən görüşdə müvəkkil Qori Bələdiyyəsində nəzərdə tutulan layihələrdən danışıb; Tərəflər Qorinin sosial mənzillərində yaranmış ağır vəziyyəti və Qori bələdiyyəsinin Zardiyaantkar kəndində yaşayan ailələrin evlərinin bərpası məsələsini müzakirə ediblər.
Daha sonra Xalq Müdafiəçisi vəzifəsini icra edən Mejvrisxevi kəndində müxtəlif vaxtlarda Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan şəxslərlə görüşüb, onlar işğal olunmuş ərazidəki təcridxanadakı şərait və vəziyyətdən danışıb.
Günün sonunda Tamar Qvaramadze Qoridə yerləşən məişət zorakılığı qurbanları üçün sığınacaqda olub. O, müəssisədəki mövcud vəziyyət, məişət zorakılığı və qadınlara qarşı zorakılıq qurbanlarına dəstək xidmətlərinin fəaliyyəti ilə yaxından tanış olub, gələcək işlərin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Görüşlərdə ofisin Şərqi Gürcüstan şöbəsinin rəhbəri Giorgi Talaxadze və Şida Kartli regional ofisinin nümayəndələri Ana Caniaşvili və Tamar Levanadze də iştirak ediblər.