Kərbəli kəndi yaxınlığında Gürcüstan vətəndaşının öldürülməsi və bir vətəndaşın qanunsuz saxlanılması ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
6 noyabr 2023-cü il tarixində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Rusiyanın işğalçı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerli sakini qanunsuz həbs etmək cəhdi zamanı Qori bələdiyyəsinin Kirbəli kəndi yaxınlığındakı ərazisində Gürcüstan vətəndaşının öldürülməsi və bir vətəndaşın qanunsuz saxlanılması barədə məlumat yayıb.
Xalq Müdafiəçisi Gürcüstan hakimiyyətini, eləcə də beynəlxalq insan hüquqlarının müdafiəsi və monitorinq təşkilatlarını yuxarıda qeyd olunan faktın səmərəli araşdırılması, cinayətkarların cəzalandırılması və Rusiya Federasiyasının üzərinə məsuliyyət qoyulması üçün maksimum səy göstərməyə çağırır.
Dörd Gürcüstan vətəndaşının qatillərinin indiyədək cəzalandırılmaması sözügedən insan hüquqlarının növbəti kobud şəkildə pozulması faktını təsdiqləyir: Rusiya Federasiyasının məsuliyyət daşıdığı Davit Başaruri, Qiqa Oxtozoriya, Arçil Tatunaşvili və İrakli Kvaratsxeliyanın qatilləri. Həmçinin, işğal rejimi tərəfinfən Sərhədi qanunsuz keçmək üçün şəxslərin qanunsuz saxlanılması təcrübəsi davam edir. Bu cür hərəkətlərin cəzasız qalması Gürcüstan vətəndaşlarını xüsusi təhlükə altında qoyur.
Xalq Müdafiəçisi dərin hüznlə kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə başsağlığı verir.