Rioni Dərəsindəki inkişaf edən hadisələrlə əlaqədar Xalq Müdafiəçisinin Bəyanatı
Xalq Müdafiəçisi Rioni Dərəisindəki bu günkü inkişafları fəal şəkildə izləyir. Ombudsmanın nümayəndəsi bu günə qədər dərədədir, o cümlədən polisin aksiya iştirakçılarının çadırlarını sökdüyü yerdə də olub və tərəflərlə birbaşa ünsiyyət qurub. Xalq Müdafiəçisi çadırların sökülməsi qərarının qanuniliyini əlavə olaraq da araşdıracaq.
Kutaisidən Namaxvaniyə gedən yol bir tərəfdən artıq bir neçə gündür polis tərəfindən bloklanır, digər tərəfdən də çadırlar götürüldükdən sonra etiraz məqsədi ilə etirazçılar Namaxvanidəki yığıncağın davam etməsinə icazə verilməsini tələb edərək yolu bağladılar. Konstitusiya ilə təmin edilmiş hüquqlara uyğun olaraq sərbəst toplaşmaq azadlığına əsassız müdaxilənin qarşısını almaq üçün Xalq Müdafiəçisi Daxili İşlər Nazirliyinə müraciət edir:
- Etirazçılara dərhal mitinqi təklif etdikləri alternativ yerdə davam etdirmək imkanı verin və bundan imtina etməyiniz üçün bir səbəb varsa, mitinqi istədiyiniz yerə yaxın bir yerdə davam etdirmək üçün alternativ bir yer ayırın, hansının ki, yeri vətəndaşların toplanma məqsədini itirməyəcək.
- Namaxvani kəndinə gedən yolun bağlanma səbəbləri və müddəti barədə ətraflı məlumatı ictimaiyyətə çatdırın.
- Xalq Müdafiəçisi Aparatı, son zamanlarda və bu gün davam edən hadisələr və Rioni dərəsində baş verə biləcək insan haqları pozuntuları ilə əlaqədar ətraflı araşdırma aparmağa davam edir və bunun nəticələri əhaliyə əlavə olaraq da çatdırılacaqdır.