Quriyada baş verən daşqın və sürüşmə ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani təbii fəlakət nəticəsində Quriyada baş vermiş faciə ilə bağlı kədərini ifadə edir, həlak olanların ailələrinə başsağlığı verir və xilasetmə xidmətinin əməkdaşlarının itkin düşən yeniyetmənin tapılıb xilas edilməsi üçün bütün səylərini əsirgəməyəcəyinə ümid edir.
Güclü yağış Quriyada sel və torpaq sürüşməsinə səbəb olub. Yaşayış evləri dağıdılıb və su basıb, ev heyvanları tələf olub, bitkilər və əkinlər məhv olub, körpülər amortizasiya olub.
Quriyada indiki fəlakətin qurbanı dövlətin dəstəyinə və köməyinə ehtiyac duyur.