Xalq Müdafiəçisi Aparatının Samtsxe-Cavaxetiya Ofisini UNICEF-in nümayəndəsi Ğasan Xalili ziyarət etdi
25 iyun 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Gürcüstandakı nümayəndəsi Ğasan Xəlili Gürcüstanın Xalq Müdafiəçisi Samtsxe-Cavaxetiya Ofisini ziyarət etdi. Səfər çərçivəsində xalq müdafiəçisi Salome Kulcanişvili və Andranik Bağdasaryan nümayəndələri ilə maraqlı və səmərəli görüş keçirildi.
İclasda bölgədəki uşaq hüquqlarının vəziyyəti, xalq müdafiəçisinin bu istiqamətdəki fəaliyyəti və əsas problemlər müzakirə edildi. Pandemiya zamanı müəyyən edilmiş problemli məsələlər, o cümlədən təhsil hüququnun məhdudlaşdırılması, iqtisadi böhranın nəticəsi ola biləcək uşaqlara qarşı ailə zorakılığı və uşaq əməyinin artması riskləri vurğulanıb.
Samtsxe-Cavaxetiyada uşaq hüquqlarının yaxşılaşdırılmasına yönəlmiş gələcək əməkdaşlıq məsələləri və birgə fəaliyyət də müzakirə edildi.