Xalq Müdafiəçisi ömürlük azadlıqdan məhrum edilmiş məhkumlarla görüşüb
14 mart 2024-cü il tarixdə Xalq Müdafiəçisi növbəti dəfə 8 saylı cəzaçəkmə müəssisəsinə baş çəkmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmək və cəzanın daha yüngül cəza növü ilə dəyişdirilməsi məqsədilə 2 illik hazırlıq proqramı keçmiş bütün ömürlük məhkumlarla görüşmüşdür.
Xalq Müdafiəçisi proqram və mexanizmin effektivliyi ilə bağlı məhkumların fikirlərini dinləyib.
Xalq Müdafiəçisi bundan sonra da təqsirləndirilən şəxslərin/məhkumların hüquqlarının müdafiəsinə fəal şəkildə nəzarət edəcək.