Yeni xəbərlər

Xalq müdafiəçisi Ukrayna Ombudsmanı ilə görüşüb

27 iyun 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Strasburqda Ukraynanın Ombudsmanı Dmitri Lubinets ilə görüşüb.

Tərəflər Ukrayna və Gürcüstanda insan haqlarının vəziyyətini müzakirə ediblər, müharibədən zərər çəkmiş Ukrayna vətəndaşlarının vəziyyəti və onların reabilitasiyası üçün gedən proseslərdən danışıblar.

Xalq Müdafiəçisi münasibətləri və əməkdaşlığı dərinləşdirmək məqsədilə Ukrayna Ombudsmanını Gürcüstana dəvət edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)