Xalq Müdafiəçisi Tbilisinin müxtəlif məktəblərinin şagirdləri ilə görüşüb
30 may 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Tbilisidə müxtəlif məktəblərin şagirdləri ilə görüşərək qurumun mahiyyəti və mandatını təqdim edib. O, insan hüquqlarının müdafiəsində Xalq Müdafiəçisinin rolundan, məktəb mühitində insan hüquqlarının maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Xalq Müdafiəçisi uşaqların fəaliyyəti və prioritetləri ilə bağlı suallarını da cavablandırıb, şagirdlər uşaq hüquqları ilə xüsusilə maraqlanıblar.
Görüş Gürcüstanın Amerika Hökuməti Mübadilə Proqramları İştirakçıları Assosiasiyasının (EPAG) dəstəyi ilə keçirilib.