Xalq Müdafiəçisi Levan İoseliani Orxevi sosial evinə baş çəkdi
16 iyun 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Orxevi sosial evinə baş çəkib və oradakı şəraitlə tanış olub.
Binada 250-dən çox kimsəsiz insan yerləşdirilib, onlardan 90-ı uşaqdır.
“Mən iqamətgahdakı vəziyyətlə şəxsən tanış oldum və məlum olur ki, mövcud şərait heç bir standartlara cavab vermir. Binanın uçması da müşahidə olunur və bu hissədə burada yaşayanlar ekspertizanın rəyini gözləyirlər. Yaşayış yeri doludur, məhdud imkanlı şəxslər və uşaqlar üçün əlçatan deyil, yerləri bölmək üçün materiallar səs-küyün qarşısını ala bilmir. Bu problemləri nəzərə alaraq, hökumətin diqqətinə daha çox ehtiyac var ki, bu insanların layiqli həyat şəraitində, nizam-intizamlı şəraitdə yaşamasına şərait yaradılsın”, - deyə Xalq Müdafiəçisi bildirib.