Xalq müdafiəçisi, Covid-19 pandemiası əsnasında Sarpi sərhəd keçid məntəqəsinin işləməsi ilə tanış oldu
6 avqust 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria, Gürcüstanın Daxili İşlər Nazirliyinin Sarpidəki Sərhəd-Miqrasiya Nəzarət İdarəsini ziyarət edərək Yeni Covid-19-un pandemiyası dövründə Türkiyə Respublikası ilə dövlət sərhədindən keçmə prosedurları ilə tanış oldu.
Xalq müdafiəçisi sərhəd-miqrasiya məntəqəsinin ərazisinə, yerində yerləşdirilmiş müvəqqəti karantin sahəsinə baxış keçirdi, sərnişinlərin pasport nəzarəti, karantin və özünütəcridetmə, termoskrayninq və digər yoxlama prosedurları ilə tanış oldu.
Bundan əlavə, Daxili İşlər Nazirliyinin əməkdaşları xalq müdafiəçisinə Gürcüstan ərazisindən çıxmağın müvəqqəti qaydalarını və Gürcüstan vətəndaşlarının iş fəaliyyəti üçün Türkiyə Respublikasına girməsi üçün müvafiq prosedurları izah etdilər.