Yeni xəbərlər

Xalq Müdafiəçisi səhiyyə naziri ilə görüşüb

11 fevral 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze ilə görüşüb.

Tərəflər ölkədə psixiatriya sahəsində mövcud vəziyyəti müzakirə edib, psixi sağlamlıq xidmətlərinin inkişafı üçün Xalq Müdafiəçisi tərəfindən hazırlanmış tövsiyələri müzakirə edib, problemlərin aradan qaldırılması istiqamətində iş prosesində qurumlar arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

İclasda Xalq Müdafiəçisinin müavinləri Elene Quduşauri və İrine Çixladze və Aparatın əməkdaşları, eləcə də səhiyyə nazirinin müavini İrine Tsakadze və digər nümayəndələr iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)