Xalq Müdafiəçisi ədliyyə naziri ilə görüşüb
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşüb, aparatın prioritetləri ilə tanış olub və insan hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə əməkdaşlığın əsas istiqamətləri barədə danışıb.
Tərəflər dövlətlərarası şikayəti - Strasburq İnsan Hüquqları Məhkəməsi tərəfindən tam məqbul elan edilmiş "Gürcüstan Rusiyaya qarşı (IV)" işini müzakirə ediblər. Ədliyyə naziri ölkənin suverenliyinin və işğal xətti boyunca yaşayan əhalinin hüquqlarının müdafiəsi istiqamətində həyata keçiriləcək tədbirləri müzakirə edib. Məhkumların insan hüquqlarına və penitensiar sistemdəki vəziyyətə xüsusi diqqət yetirilib.
Ədliyyə naziri Levan İoselianiyi Xalq Müdafiəçisi vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb və Xalq Müdafiəçisi Aparatı ilə sıx və səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.
İclasda xalq müdafiəçisinin müavinləri və ədliyyə naziri və Xüsusi Penitensiar Xidmətin rəisi də iştirak edib.