Xalq müdafiəçisi Ququtiantkari sakinləri ilə görüşüb
2023-cü il avqustun 7-də, avqust müharibəsinin 15-ci ildönümündə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bölücü xəttin yaxınlığında yerləşən Ququtiantkar kəndində olub, yerli əhali ilə görüşüb, onların problemlərini dinləyib.
“15 il əvvəl Rusiya Federasiyası ölkəmizi işğal etdi və 27 mindən çox vətəndaşımızı didərgin saldı. Aradan 15 il keçməsinə baxmayaraq, bölücü xətt boyunca yaşayan insanlar hələ də işğalla üzləşməli, həyətləri, bağları sürünən ilhaq yolu ilə bölünmüş, vətəndaşlarımız hələ də qanunsuz oğurlanıb həbsdədirlər.
Sakinləri 2008-ci ildə kompensasiya almış Ququtiantkarda çoxlu yanmış evlər var. Fikrimcə, 2008-ci ildə verilən kompensasiya kifayət qədər bəhanə deyil ki, bu gün bu qədər yaşayış üçün yararsız evlər var və onların sakinləri keçmiş dövlət məktəbi binasında məskunlaşıblar.
Çətinliklərə baxmayaraq, burada qalıb yaşamağa davam edən bu insanlara dövlət diqqətini artırmalıdır. Ola bilsin ki, onların evlərini bərpa etmək mümkün olmasın, onlar bölünmüş evlərdə, həyətlərdə özlərini təhlükəsiz hiss etmirlər, lakin dövlət onlara layiqli yaşayış şəraiti yaratmaq üçün bütün səylərini göstərməlidir.
Bu insanlar daim böyük təhlükə altındadırlar və hələ də kəndlərini, evlərini, buranı tərk etmirlər – bu, qəhrəmanlığa bərabərdir”, - deyə ictimai müdafiəçi sakinlərlə görüşdən sonra bildirib.