Xalq Müdafiəçisi deputatlarla görüşüb
12 dekabr 2024-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanda Avropa Parlamentinin deputatları ilə görüşüb.
İclasda Xalq Müdafiəçisi Aparatın mandat və səlahiyyətlərini qonaqlara təqdim edib, qurumun cari hadisələrlə bağlı rolundan, o cümlədən mitinqlərdə həbs edilmiş və xəsarət almış şəxslərlə bağlı istintaq üçün əldə edilmiş məlumatların işlənməsi mexanizmlərindən danışıb.
Avropa Parlamentinin deputatları həmçinin Xalq Müdafiəçisi Aparatının müstəqilliyi və fəaliyyət azadlığının dərəcəsi ilə də maraqlanıblar.
İclasda xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze də iştirak edib.