Yeni xəbərlər

Xalq Müdafiəçisi Abxaziya Muxtar Respublikası hökumətinin sədri ilə görüşüb

27 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Ruslan Abaşidze və Abxaziyanın ədliyyə və mülki inteqrasiya naziri Nana Qabeliya ilə görüşüb.

Cənab Ruslan Levan İoselianı Xalq Müdafiəçisi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb və gələcək əməkdaşlığa ümid etdiyini bildirib.

İclasda işğal olunmuş ərazilərdə yaşayan əhalinin sərbəst hərəkəti, sənədləşmə problemləri, o cümlədən təhsil və səhiyyə xidmətlərindən istifadə imkanları müzakirə olunub.

Görüşdə Levan İoseliani işğal altındakı Sxinvali regionunda və işğal olunmuş Abxaziyada yaşayan əhalinin hüquqi vəziyyətinə diqqət çəkib və onların ehtiyaclarının Xalq Müdafiəçisi Aparatı üçün prioritet olduğunu qeyd edib.

Giriş xarakterli görüşdə Gürcüstanın Xalq Müdafiəçisi münaqişədən zərər çəkmiş regionlarda insan hüquqları məsələləri üzrə müşaviri Meri Koçlamazaşvili də iştirak edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)