Gürcüstanın Xalq Müdafiəçisi yanında Etnik Azlıqlar Şurasının gender məsələləri üzrə işçi qrupu ilə görüş
29 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamentinin rəhbəri vəzifəsini icra edən Sofio Rusetski Xalq Müdafiəçisi yanında Etnik Azlıqlar Şurasının gender məsələləri ilə məşğul olan qrupunun nümayəndələri ilə görüşüb.
Görüşün məqsədi Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ilə Etnik Azlıqlar Şurası arasında uşaq nikahları mövzusunda məlumat mübadiləsi və bu məsələ ilə bağlı gələcək əməkdaşlıq məsələsi olub.
Xalq Müdafiəçisinin nümayəndəsi şura üzvlərinə aparat tərəfindən araşdırılan uşaq yaşlarında nikah hallarında müəyyən edilmiş problemlər barədə məlumat verib. Həmçinin, qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyi müzakirə olunub.
Etnik Azlıqlar Şurasının üzvləri Şuranın fəaliyyəti, regionlardakı problemlər və tendensiyalardan danışıblar.
Görüşün sonunda iştirakçılar azyaşlı nikahların qarşısının alınması istiqamətində ümumi fəaliyyətləri planlaşdırıblar.