Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisi 18 saylı tibb müəssisəsinin Mixail Saakaşvilinin qəbuluna hazırlıq dərəcəsini yoxlayıb.

24 oktyabr 2021 -ci ildə ombudsmanın nümayəndələri 18 saylı qurumun Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin mümkün qəbuluna hazırlığını yoxladılar. Yoxlama zamanı müəyyən edilib ki, müəssisədə tibbi xidmətlə bağlı vəziyyət çoxfunksiyalı həkim qrupunun 23 oktyabr 2021-ci il tarixində verdiyi rəy və tövsiyələrə tam uyğun deyil, həmçinin təhlükəsizlik baxımından da müəyyən risklər var.

Xalq Müdafiəçisinin nümayəndələri çoxfunksiyalı həkimlər qrupunun 23 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilən 18 saylı müəssisədə Mixail Saakaşviliyə tibbi xidmətlərin nə dərəcədə təklif oluna biləcəyini araşdırıblar. Hesabatda xüsusi tibbi müdaxilələr və bu yardımın göstərilə biləcəyi tibb müəssisəsinə köçürülməsi müzakirə olunur.

N18 müəssisənin rəhbərliyi və tibb işçiləri ilə aparılan müsahibələr, o cümlədən infrastruktur və tibbi avadanlıqların yoxlanılması nəticəsində məlum olub ki, müəssisədə məhbuslara (0 cümlədən aclıq keçirənlərə) tibbi xidmət göstərmək üçün lazımi resurslar var. Lakin çoxfunksiyalı həkimlər qrupunun Mixail Saakaşvilinin tibbi ehtiyacları ilə bağlı yaydığı hesabatda birbaşa olaraq müəyyən tibbi prosedurlar nəzərdə tutulur ki, təəssüf ki, N18 müəssisəsində bu mümkün deyil. Məsələn, maqnit rezonans görüntüləmə, kompüter tomoqrafiyası, dupleks tarama aparıla bilməz. Həmçinin müəssisədə hazırda həkim reanimator yoxdur, lakin rəhbərliyin sözlərinə görə, yaxın vaxtlarda müvafiq mütəxəssislərin gəlməsi gözlənilir.

Monitorinq zamanı məlum olub ki, əgər Mixail Saakaşvili N18 tibb müəssisəsinə köçürülsə, çoxfunksiyalı həkimlər qrupu tərəfindən təyin olunan tibbi xidmətlər yerində təmin olunmayacaq və vaxtaşırı onu mülki klinikaya köçürmək lazım gələcək. Uzun müddət aclıq çəkən məhbusun sağlamlıq vəziyyətində dəyişiklik və ağırlaşmanın tam hüquqlu proqnozlaşdırılmasının faktiki olaraq qeyri-mümkün olduğunu nəzərə alsaq, vəziyyətin kritik dəyişməsi halında, xəstənin çıxarılması zamanı kifayət qədər ağır və ya geri dönməz nəticələr yarana bilər.

Qeyd edək ki, Xalq Müdafiəçisinin 18 saylı müəssisədə tibb işçilərinin çatışmazlığı və bir sıra tibbi xidmətlərin olmaması ilə bağlı ətraflı müzakirəsi Milli Profilaktika Mexanizminin 2020-ci il hesabatında təqdim olunub[1].

Tibbi xidmətlərə əlavə olaraq, Xalq Müdafiəçisi Aparatı, N18 müəssisəsinə keçirilməsi lazım olarsa, Mixail Saakaşvilinin yerləşdiriləcəyi palatayı yoxladı. Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsində digər məhbuslarla (keçmiş polislər, hərbçilər, vəzifəli şəxslər) müəyyən mənafelər toqquşması olan məhbuslar kateqoriyası yerləşdirilib. Nəticə etibarilə, onların hər hansı formada digər məhbuslarla kəsişməsi penitensiar müəssisənin qarşısını almalı olduğu təhlükəsizlik riskləri yaradır, əks halda məhbusun hüquqları pozulacaq.

24 oktyabr 2021-ci il tarixində keçirilən monitorinq zamanı Gürcüstanın üçüncü prezidentinin qalmalı/köçməli ola biləcəyi bütün yerlər (müəssisəyə yerləşmə zamanı, yaşayış palatasında qalma zamanı, vəkillər və ya ailə üzvləri ilə görüş zamanı, gəzinti hüququndan istifadə zamanı, tibbi xidmət aldığı zaman, telefon danışığı hüququndan istifadə zamanı, gündəlik məişət/ gigiyenik prosedurlar zamanı) yoxlanılıb və müəyyən edilib ki, müəssisə rəhbərliyi istənilən məhbusun təhlükəsizliyini qorumağa hazır olduğunu bildirsə də, Mixail Saakaşvili ilə bağlı risklər var. İnfrastruktur və ətraf mühit məhbusların müəyyən qrupları tərəfindən verbal aqresya və səs-küy, şifahi təhqir və ya psixoloji təzyiq riskini istisna etmir. Mixail Saakaşvilinin yanına ziyarətçilərin daxil olması da problem yaradacaq, çünki hər hansı daxil olan, o cümlədən vəkillər N8 müəssisəsinin həyətindən, digər məhbusların yaşayış yerlərinin yaxınlığından keçməli olacaqlar, bu vaxt müəyyən şifahi qarşıdurma və ya təhqir riski artır. 2015-ci ildə 8 saylı müəssisədə də oxşar hadisə qeydə alınıb.

Çünkü N18 obyektinə çatmaq üçün N8 obyektinin həyətindən keçmək lazımdır və N18 obyektin özü də N8 obyektinin yaşayış binalarının yanında yerləşdiyinə görə, hesab edirik ki, bu iki obyektin nizamsızlıq və məhbusların təhlükəsizlik riskləri var. Bu təhlükələr məhbusların və bu müəssisələrin əməkdaşlarının dincliyinə, müəssisələrin düzgün işləməsinə və nizam-intizamına mane olacaq ki, bu da bütün məhbusların vəziyyətinə təsir edəcək.

Bütün yuxarıda deyilənləri və çoxfunksiyalı həkimlər qrupunun rəyini nəzərə alaraq, hesab edirik ki, Ədliyyə Nazirliyi/Xüsusi Penitensiar Xidmət alternativ tibb müəssisəsi seçməlidir ki, burada tam və adekvat tibbi xidmət və Gürcüstanın üçüncü prezidentinin təhlükəsizliyini təmin etmək mümkün olsun.


[1] Hesabat bu linkdə mövcuddur - < https://ombudsman.ge/res/docs/2021040114045198598.pdf

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)