Gürcüstanın Xalq Müdafiəçisinin Strasburqa səfəri
25-27 yanvar 2022-ci il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria Strasburqa rəsmi səfər edəcək və burada yüksək səviyyəli görüşlər keçirəcək.
Xalq Müdafiəçisi Gürcüstanda insan haqlarının vəziyyəti ilə bağlı məlumat verəcək. Əsas diqqət ədalət, media mühiti, bərabərlik və digər demokratik proseslərə yönəldiləcək.
Avropa Şurasının Baş katibi Maria Peyiçinoviç Buriç, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Robert Spanos, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatovi, Venesiya Komissiyasının sədri Kler Bazi Mallor ilə, İşgəncələrə Qarşı Komitənin (CPT) İcraçı Katibi Regis Brilt və digər yüksək vəzifəli insan hüquqları rəsmiləri ilə görüşlər planlaşdırılır.
©Photo Council of Europe