Gürcüstan Konstitusiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı ilə Gürcüstanın Xalq Müdafiəçisinin Bəyanatı
30 iyul 2020-ci il tarixində Gürcüstan Konstitusiya Məhkəməsi Gürcüstanın xalq müdafiəçisinin Ali Məhkəmə hakimi vəzifəsinə Gürcüstan Parlamentinə Baş Ədliyyə Şurası tərəfindən irəli sürülən namizədlərin seçilməsi qaydalarına dair konstitusiya iddialarını rədd etdi.
Konstitusiya Məhkəməsinin iddiamızı nəzərə almaması və səriştəsiz və vicdansız hakimlərin Konstitusiyaya zidd olaraq Gürcüstan Parlamentinə Ali Məhkəmənin hakimliyinə namizəd kimi göstərilməsinə imkan verən normanı ləğv etməməsi son dərəcə narahatedici faktdır.
Konstitusiya Məhkəməsinin 30 iyul qərarı, Gürcüstanda məhkəmə sisteminin şəffaflığının və məhkəmə sisteminə inamın ən vacib prinsiplərini pozur, bu da Gürcüstanda əsas insan hüquqlarının qorunması ilə birbaşa əlaqəlidir.
Xalq müdafiəçisinin nümayəndələri mübahisəli normativ aktların konstitusiyaya zidd olması ilə bağlı bütün dəlilləri Konstitusiya Məhkəməsinə təqdim etdilər. Mövqeyimiz Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin nəticələri ilə dəstəkləndi. Cavabdeh təəssüf ki, prosesin obyektiv müşahidəçisini normanın konstitusiyaya uyğun olmasına inandıracaq hər hansı bir müvafiq qanuni dəlil təqdim etmədi.
Qərar Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 8 hakimlə qəbul edildi. Hakimlərin səsləri bərabər bölündü. Qeyd edək ki, fövqəladə vəziyyət dövründə mübahisəli normalar əsasında Ali Məhkəməyə təyin edilmiş hakimlər tərəfindən seçilən hakim Xviça Kikilaşvilinin səsi həlledici oldu. Bu amil Konstitusiya Məhkəməsinin qərarını qiymətləndirərkən xüsusi diqqətə layiqdir və qərar qəbul etmə motivasiyasında şübhələr yaradır.
Məlum olduğu kimi, Ali Məhkəməyə namizəd seçimi qaydası və Baş Ədliyyə Şurasında baş verən hadisələr bir çox beynəlxalq təşkilat və tərəfdaş ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən tənqid edilmişdir.
Gürcüstanın xalq müdafiəçisi, yerli və beynəlxalq tərəfdaşlarla birlikdə ədalətli mühakimə hüququnu mümkün olan bütün qanuni yollarla qorumaq və gücləndirmək üçün çalışmalarını davam etdirir.