Rustaveli prospektində davam edən aksiya ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisinin bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisi Rustaveli prospektində davam edən aksiyanı izləyir.
Mayın 14-də saat 17:15-ə qədər Daxili İşlər Nazirliyi mitinqin bütünlüklə dağıla biləcəyi ilə bağlı xəbərdarlıq edib. Xalq Müdafiəçisi hesab edir ki, mitinqin ayrı-ayrı iştirakçıları tərəfindən dinc toplaşmaq qaydalarını və qanunvericiliyin tələblərini pozması nəticəsində onlara qarşı fərdi qaydada tədbirlər görüldükdən sonra bütöv aksiyanın dağıdılmasına ehtiyac qalmayıb.
Müvafiq olaraq, Xalq Müdafiəçisi Daxili İşlər Nazirliyini aksiyanın dinc iştirakçılarına qarşı xüsusi tədbirlər görməməyə və onların konstitusiya ilə təmin edilmiş toplaşmaq hüququndan istifadə etməsinə şərait yaratmağa çağırır.