Marneuli və Bolnisi bələdiyyəsində yaşayan şəxslərə dəstək üçün bəyanat
Gürcüstan Xalq Müdafiəçisi və Gürcüstan Xalq Müdafiəçisi yanında fəaliyyət göstərən Milli Azlıqlar Şurası və Dinlər Şurası Marneuli və Bolnisi bələdiyyəsi sakinlərinə öz dəstəyini bildirir və bir qrup cəmiyyət üzvü tərəfindən milliyətcə azərbaycanlı olan vətəndəşlara qarşı ksenofobiya xarakterli münasibət göstərilməsinə görə naratlığını bildirir. Bu hal korona virusun (COVİD19) yayılmasına görə qeyd olunan ərazilərin karantin zonası elan olunmasından sonra olub.
Bu gün cəmiyyət virusla mübarizə baxımından xüsusi ilə çətin problem qarşısındadır – insanların hayatı və sağlamlığı təhlükə altındadır, səhiyyə və başqa sahalərin nümayəndələri əllərindən gələni edirlər. Buna görədə hər bir Gürcüstan vətəndaşı problemlə mübarizə və ümumi firavanlıq üçün öz dəstəyini göstərməlidir.
Qeyd etmək lazımdır ki, Gürcüstanda milli azlıqlara qarşı diskriminasiya (ayrı-seçkilik) xarakterli münasibətlərlə mütamadi olaraq qarşılaşırıq. Ancaq yaranmış vəziyyətdən irəli gələrək, hərkəs mənsubiyyətindən aslı olmayaraq virusla bağlı risklərdən bərabər dərəcədə müdafiəsizdir, buna görədə xüsusi ilə qorxuducu olan odur ki, diqqət milli mənsubiyyətə və başqa şəxsi xarakterlərə yönləndirilir.
Təəssüb ki, Gürcüstanın başqa əhalisi ilə müqaisidə bu gün Marneuli və Bolnisidə yaşayan vətəndaşlar ehtimal olunan daha yüksək risk altındadırlar. Problemin bu ərazilərdə yaşayan vətəndaşların milli mənsubiyyəti çərçivəsində müzakirə olunması, birmənalı olaraq insanın ləyaqətinin qorunması ali prinsipləri ilə ziddiyyat təşkil edir, milli azlıqlara qarşı olan stiqmanı dahada möhkəmlədirir, dezinteqrasiya prosesi oyadır və onları sosial təcrid etməyə təşviq edir.
Yuxarıda qeyd olunanlardan irəli gələrək, Gürcüstan Xalq Müdafiəçisi və Gürcüstan Xalq Müdafiəçisi yanında fəaliyyət göstərən Milli Azlıqlar Şurası və Dinlər Şurası hərkəsi milli azlıqlara qarşı dözümsüzlük və diskriminasiya (ayrı-seçkilik) xarakterli münasibət göstərməməyə və yaranmış vəziyyətə həmrəylik göstərməyə çağrır.