Yeni xəbərlər

Xalq Müdafiəçisi Avropa İttifaqının Gürcüstandakı səfiri ilə görüşüb

9 dekabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ilə görüşüb.

İclasda son vaxtlar ölkədə baş verən proseslər, ifadə azadlığının müdafiəsi ilə bağlı problemlər, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq güc tətbiqi faktları müzakirə edilib. Etiraz aksiyaları zamanı həbs olunan və xəsarət alanların vəziyyəti, onların işinin Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılmasının gedişi barədə də danışılıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)