Yeni xəbərlər

Gürcüstanın xalq Müdafiəçisi Avropa Şurasının baş katibi ilə görüşüb

27 iyun 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Strasburqa rəsmi səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşmüşdür.

İclasda Gürcüstanda insan hüquqlarının müdafiəsinin vəziyyəti müzakirə edilib; Onlar media azadlığı, sərbəst toplaşmaq və ifadə azadlığı, sosial təminat və bərabərlik hüququndan istifadə ilə bağlı çətinliklərdən danışıblar.

Həmçinin, hüquq müdafiəçiləri və hüquq müdafiə təşkilatları üçün yaradılmış iş mühiti və cari seçkiqabağı dövrdə Xalq Müdafiəçisi Aparatının fəaliyyəti müzakirə olunub.

Avropa Şurasının baş katibi gələcəkdə xalq Müdafiəçisinin yeni qəbul edilmiş “Xarici təsirin şəffaflığı” qanununun icrası prosesinə cəlb olunması imkanları ilə maraqlanıb və qanunla bağlı qiymətləndirmələri dinləyib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)