Xalq Müdafiəçisinin aprelin 9-u ilə bağlı bəyanatı
1989-cu il aprelin 9-da sovet ordusunun cəza aksiyası 21 azadlıqsevər insanı qətlə yetirdi. Onlar öz vətənlərinin daha yaxşı gələcəyi üçün mübarizə aparmaq üçün özlərini fəda etdilər. Lakin onların qurbanları izsiz ötüşməyib. Həmin gün ölkəni ümumi ağrı birləşdirdi və artıq 2 il sonra, 1991-ci il aprelin 9-da biz Müstəqillik Aktı aldıq və mayın 26-da Gürcüstan müstəqil dövlət elan olundu.
1989-cu il aprelin 9-dan bu yana bütün xalq, bütün Gürcüstan vətəndaşları qan və əzab-əziyyətlə, balaca qız və oğlanların fədakarlığı ilə əldə etdikləri azadlığı qoruyub saxlamaq üçün səylərini və enerjilərini əsirgəmədilər.
Azadlığımıza görə onlara təşəkkür edirik