24 avqust Gürcüstanın Konstitusiya günüdür
Xalq müdafiəçisi Levan İoseliani Gürcüstan vətəndaşlarını Konstitusiya Günü münasibətilə təbrik edir. Bu ali qanun bütövlükdə cəmiyyətin, onun hər bir üzvünün qanuni hüquqlarını qoruyur və tənzimləyir, ölkənin demokratik inkişafı, iqtisadi azadlığın, sosial-hüquqi dövlətin bərqərar olması üçün fundamental normalar müəyyən edir.
Gürcüstan Konstitusiyasının ikinci fəslində əsas insan hüquqlarından bəhs edilir, onun əsasında Xalq Müdafiəçisi Gürcüstan ərazisində insan hüquq və azadlıqlarının qorunmasına nəzarət edir, onların pozulması faktlarını aşkar edir və pozulmuş hüquqların bərpasına kömək edir.
Gürcüstan parlamenti 1921-ci il Konstitusiyasının tarixi-hüquqi irsinə əsaslanaraq 1995-ci il avqustun 24-də Gürcüstan Konstitusiyasını qəbul edib.