Qurban bayramı
Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstanda yaşayan müsəlman vətəndaşları Qurban bayramı münasibətilə təbrik edir, onların ailələrinə sülh və xoşbəxtlik arzulayır.
Bu il bayram iyulun 9-da başlayıb və həmişəki kimi 3 gün davam edəcək.
Qurban bayramının mahiyyəti insan qurbanının qadağan olması ilə bağlıdır. Ənənəvi olaraq bu günlərdə müsəlman ailələri qurban kəsərək dini mənsubiyyətindən asılı olmayaraq qohumlarına və qonşularına paylayırlar. Ona görə də Qurban bayramı həm də xeyriyyəçilik ideyasının və onun xüsusi əhəmiyyətinin təntənəsidir.
©Şəkil Hurie Abaşidzenin Facebook səhifəsindən götürülüb