Xalq Müdafiəçisi Xoni Bələdiyyəsinin Kutiri kəndində yerləşən Milli Psixi Sağlamlıq Mərkəzində olub
2 fevral 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Xoni Bələdiyyəsinin Kutiri kəndində yerləşən Milli Psixi Sağlamlıq Mərkəzinə baş çəkdi.
Xalq Müdafiəçisi qurumun binalarına, həyətyanı sahəyə baxış keçirib, yaşayış otaqlarının və ümumi istifadə sahəsinin sanitar-gigiyenik vəziyyəti ilə tanış olub. O, həm qurumun rəhbərliyi, həm də faydalanan şəxslərlə görüşüb söhbət edib.
Xalq Müdafiəçisinin xüsusi marağında olan mövzu isə müəssisəyə yerləşdirilən xəstələrin hüquqları və sosial müdafiəsi məsələləri olub.
Rəhbərliyin sözlərinə görə, müəssisənin somatik xəstəliklərin müayinəsi və müalicəsi üçün kifayət qədər maliyyə və infrastruktur imkanları yoxdur.
Xalq Müdafiəçisi Aparatı psixi sağlamlığı təmin edən qurumları intensiv şəkildə yoxlayır və daxil olan məlumatları illik və xüsusi hesabatlarda təqdim edir.