Xalq Müdafiəçisi Raça meşələri ilə bağlı davam edən aksiyanın iştirakçıları ilə görüşüb
20 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaxınlığında toplanan və nazirliyin daxili ərazisində çadırların qurulmasını tələb edən aksiya iştirakçıları ilə görüşüb.
Xalq Müdafiəçisinin sözlərinə görə, çadır qurmaq imkanını özündə ehtiva edən sərbəst toplaşma və ifadə azadlığı qanun çərçivəsində qorunmalıdır. Belə olan halda aksiya iştirakçıları üçün Nazirliyin həyətində çadırların yerləşdirilməsinə məhdudiyyətin nədən ibarət olması, o cümlədən ETSN-nin işinə necə mane olacağı məlum deyil.
Sərbəst toplaşmaq və ifadə azadlığı ilə bağlı ölkədə mövcud vəziyyət mütləq olaraq Xalq Müdafiəçisinin illik parlament hesabatında öz əksini tapmışdır.
Qeyd edək ki, noyabrın 18-də polis mitinq iştirakçılarını həbs edən kimi, həmin gün Xalq Müdafiəçisi Aparatının əməkdaşları saxlanılan şəxslərə baş çəkərək, saxlanmanın qanuniliyini öyrənməyə başlayıblar.
Aksiyanın əsas səbəbi aksiya iştirakçılarının ləğvini tələb etdiyi Raça-Leçxumi və Kvemo Svaneti meşə massivlərindən istifadə üçün 49 illik lisenziyadır. Xalq müdafiəçisi hesab edir ki, Nazirlik əhali ilə birbaşa dialoq aparmalı, qəbul etdiyi qərarla bağlı aksiya iştirakçılarına və digər maraqlı şəxslərə əsaslandırılmış cavab verməlidir.
Xalq Müdafiəçisi ətraf mühitin mühafizəsi hüququna nəzarət edən orqan kimi meşələr ətrafında baş verən hadisələrə nəzarət edəcək.