Gürcüstanın Xalq Müdafiəçisi Universal Dövri İcmalın alternativ hesabatını BMT-yə təqdim etdi
9 iyul 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Gürcüstanın Universal Dövri İcmalının üçüncü dövrü üçün Birləşmiş Millətlər Təşkilatına alternativ hesabat təqdim etdi.
Alternativ Hesabatda, ölkənin aşağıdakı sahələrdə üzləşdiyi çətinliklər vurğulanır: yaşamaq hüququ, gender bərabərliyi, ayrı-seçkiliklə mübarizə, iqtisadi və sosial hüquqlar, işgəncə, qəddar, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması, ifadə azadlığı, uşaq hüquqları, insan hüquqları müdafiəçilərinin vəziyyəti, əlilliyi olan şəxslərin hüquqları, ədalətli məhkəmə hüququ və sərbəst toplaşmaq hüququ.
Hesabatda, xalq müdafiəçisi, eyni zamanda ölkədəki insan haqlarının qorunması sahəsində mövcud 2015-ci ildə Universal Dövri İcmal Mexanizmi çərçivəsində Gürcüstana verilən tövsiyələrdə əksini tapmayan problemli məsələlərə də diqqət çəkdi.
Alternativ hesabatla birlikdə xalq müdafiəçisi 2015-ci ildə Gürcüstana Universal Dövri İcmal çərçivəsində verilən tövsiyələrin icrası barədə məlumatları əlavə olaraq təqdim etmişdir. Xüsusilə, 2015-ci ildə Gürcüstan Hökuməti tərəfindən dəstəklənən 196 tövsiyədən, xalq müdafiəçisi 169 tövsiyənin yerinə yetirilməsini qiymətləndirmişdir.
BMT İnsan Haqları Şurası tərəfindən təsis edilən Universal Dövri İcmal, BMT-na üzv dövlətlərində insan hüquqları vəziyyətini yaxşılaşdırmağı hədəfləyir. Bu mexanizmə əsasən, bütün BMT-na üzv dövlətlərində insan hüquqlarının qorunması vəziyyəti 4-5 ildən bir qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, Gürcüstanın xalq müdafiəçisi 2010-cu ildən bəri həm dövri hesabatlar təqdim etməklə, həm də İnsan Hüquqları Şurasının iclaslarında birbaşa iştirak etməklə adı çəkilən insan hüquqları mexanizmi ilə fəal şəkildə əməkdaşlıq edir.