Konstitusiya Məhkəməsi Gürcüstanın Xalq Müdafiəçisinin qaynar xəttə qoşulmasının məhdudlaşdırılmasını konstitusiyaya zidd elan etdi
5 iyul 2021-ci il tarixli qərarı ilə Gürcüstan Konstitusiya Məhkəməsi Gürcüstanın Xalq Müdafiəçisinin konstitusiya iddiasını təmin etdi və konstitusiyanın 9-cu maddəsinə görə həbs cəzası məcəlləsiylə üəyyən ediliş qaydayı, hansı ki, İntizam cəzası müddətində, həmçinin tək təcridxanasında olduğu müddətində məhkumun /təqsirləndirilən şəxsin Xalq Müdafiəçisinin isti xəttinə bağlanma imkanını məhdudlaşdırır, Konstitusiyaya zidd elan etdi.
Mübahisəli normada intizam tənbehi olaraq telefon əlaqəsinin məhdudlaşdırılması ehtimalı nəzərdə tutulur və bu müddət ərzində Xalq Müdafiəçisinin qaynar xəttə qoşulma hüququ məhdudlaşdırılır. İddiaya görə, Qaynar xətt vasitəsi ilə Xalq Müdafiəçisi ilə əlaqə qurma ehtimalı insan hüquqları pozuntularını aşkar etməyin ən təsirli və effektiv vasitələrindən biridir və məhdudlaşdırılması yolverilməz idi.
Konstitusiya Məhkəməsi ombudsmanın arqumentini paylaşdı. Məhkumların Xalq Müdafiəçisi ilə yazılı əlaqə qurma fürsəti və Xalq Müdafiəçisinin hər hansı bir təqsirləndirilən / məhkum olunmuş şəxsi ziyarət etmək imkanı olsa da, işgəncə və digər pis rəftarın qadağan olunmasına dair konstitusiya zəmanəti dövlət qarşısında müsbət bir öhdəlik qoyurki, məhkumların Xalq Müdafiəçisiylə konkret şəkildə- isti xətt vasitəsi ilə - əlaqə saxlama imkanını təmin etsin.
Məhkəmə mübahisəli normaların konstitusiyaya zidd olduğunu qiymətləndirərkən qadağanın intizam cəzası şəklində olduğunu, bunun blanket xarakterli olduğunu və uzun müddət etibarlı olduğunu vurğuladı. Məhkəməyə görə, müraciət edilən qayda məhkumu səmərəli və sürətli ünsiyyət vasitəsi ilə Xalq Müdafiəçisi ilə əlaqə qurma imkanından tamamilə məhrum etdi.
Qeyd etmək lazımdır ki, eyni konstitusiya iddiası Xalq Müdafiəçisinin qaynar xətti ilə əlaqəli müxtəlif məhdudiyyətlərə etiraz etmişdir. Dava açıldıqdan bir neçə ay sonra Gürcüstan Ədliyyə Naziri müraciət etdiyimiz müxtəlif məhdudiyyətləri (qaynar xəttdən istifadə haqları, əlaqə limitləri və s.) ləğv etdi. Bundan əlavə, bir neçə gün əvvəl, Gürcüstan Parlamenti, məhkumların Xalq Müdafiəçisini və digər dövlət nəzarət qurumlarını qaynar xəttə sərbəst şəkildə qoşa biləcəyi əsasda, Həbs Məcəlləsinə düzəlişlər etdi.
Ümid edirik ki, 5 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında təsbit olunmuş standart, gələcəkdə bir çox məhkumun hüquqlarının təsirli və səmərəli qorunması üçün bir şərt olacaqdır.