Yeniliklər

Avropa Şurasının Gürcüstan ofisinin rəhbəri ilə görüş

30 iyul 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Avropa Şurasının Gürcüstan ofisinin rəhbəri Nataliya Vutova ilə görüşüb.

İclasda ölkədə insan hüquqları baxımından mövcud vəziyyət və gender bərabərliyinin bərqərar olunması istiqamətində həyata keçiriləcək tədbirlər müzakirə edilib.

Görüşdə həmçinin “Gender bərabərliyinin gücləndirilməsi və Gürcüstanda qadınlara qarşı zorakılıq və ailə daxili zorakılığı ilə mübarizə üzrə GREVIO-nun tövsiyələrinin həyata keçirilməsi” layihəsi haqqında danışılıb, hansı ki, gender bərabərliyi haqqında ictimaiyyətin məlumatlılığını artırmaq, qadınların qarşısının alınması və müdafiə mexanizmlərinə çıxış imkanlarını artırmaq və qadınlara qarşı zorakılığın bütün formalarına görə cinayət təqibinin təkmilləşdirilməsini təşviq etmək məqsədi daşıyır.

Tərəflər Avropa Şurası ilə Xalq Müdafiəçisi Aparatı arasında səmərəli və nəticəyönümlü çoxillik əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)