Estoniya səfiri ilə görüş
23 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Estoniyanın Gürcüstandakı səfiri Rina Kaliurand ilə görüşüb.
Giriş görüşündə tərəflər Gürcüstanda demokratiyanın inkişafının keyfiyyətindən və Avropa İttifaqına inteqrasiya məqsədlərinə nail olmaq üçün insan hüquqlarının müdafiəsi istiqamətində cari tədbirlərdən danışıblar. Xalq Müdafiəçisi səfiri Aparatın prioritetləri və gələcək planları ilə tanış edib.
Xanım Kaliurand Xalq Müdafiəçisini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb və gələcək əməkdaşlığa hazır olduğunu bildirib.