Yeniliklər

Xalq Müdafiəçisinin birinci müavini Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb

2023-cü il martın 28-də Gürcüstanın Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin nümayəndə heyətinin üzvləri Klod Kern, Edit Estrella və Bas Kleyn ilə görüşüb. Görüşdə Avropa Şurasının Gürcüstandakı ofisinin rəhbəri Nataliya Vutova da iştirak edib.

Tamar Qvaramadze qonaqları ölkədə insan hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət və Xalq Müdafiəçisinin prioritetləri ilə tanış edib.

Görüşdə tərəflər demokratik islahatların gedişi, siyasi mühit və qütbləşmə məsələləri, eləcə də Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş səylərin keyfiyyəti barədə danışıblar.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)