Yeniliklər

Xalq Müdafiəçisinin müavini gender bərabərliyi və qadınların inkişafı məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir

24 sentyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin müavini İrine Çixladze gender bərabərliyi və qadınların inkişafı üçün effektiv institusional mexanizmlər məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir.

Qadın inkişafı və milli insan hüquqlarının müdafiəsi mexanizmləri ilə məşğul olan qurumların nümayəndələrinin iştirak etdiyi tədbir Albaniya Hökumətinin ev sahibliyi ilə Tiranada (Albaniya) və BMT-nin Avropa və Mərkəzi Asiya üzrə Qadınlar Regional Ofisinin dəstəyi ilə keçirilib.

Konfransda qadınların inkişafı istiqamətində ölkə və regional səviyyədə həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər və mövcud problemlər müzakirə edilmiş, qabaqcıl təcrübə nümunələri bir-biri ilə bölüşülmüşdür. Həmçinin gender bərabərliyinin dərinləşdirilməsi, siyasətin və gələcək hədəflərin müəyyənləşdirilməsi üçün institusional mexanizmlərin gücləndirilməsi perspektivləri, zəruri resurslar və imkanlar barədə danışılıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)