BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun 11-ci iclasında Xalq Müdafiəçisinin çıxışı
BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun 11-ci iclası 29 martdan 1 aprel daxil olmaq üzərə 2021-ci il tarixlərində keçirilmişdir. İclasda Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria və Xalq Müdafiəçisinin birinci müavini Tamar Gvaramadze iştirak etdilər.
Yaşlıların hüquqlarının qorunması və təşviqi Gürcüstanın Xalq Müdafiəçisi aparatının vacib fəaliyyətlərindən biridir. Xalq Müdafiəçisinin Parlament Hesabatlarında ayrı bir fəsil yaşlıların hüquqi vəziyyətinin nəzərdən keçirilməsinə həsr edilmişdir; Bu sahədə ən yaxşı praktika və təcrübələri bölüşmək üçün Xalq Müdafiə Aparatı beynəlxalq və regional tədbirlərdə fəal iştirak edir; Gürcüstanın Xalq Müdafiəçisinin dəvəti ilə müstəqil bir BMT mütəxəssisi 2018-ci ildə Gürcüstana səfər etdi, nəticədə BMT Baş Assambleyası İnsan Hüquqları Şurasının hesabatı hazırlandı, burada yaşlıların hüquqlarından faydalanmalarının qorunmasını təmin etmək üçün Hökümətə konkret tövsiyələr verildi.
Qeyd etmək lazımdır ki, BMT-nin Açıq İşçi Qrupunun 11-ci iclası çərçivəsində milli insan hüquqları təsisatları və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Yaşlıların Hüquqlarına dair yeni Konvensiyanın hazırlanması və qəbul edilməsinin zəruriliyi barədə ortaq bəyanat təqdim edilmişdir. Bəyanat 51 təşkilat tərəfindən imzalanır. Gürcüstanın Xalq Müdafiəçisi, Konvensiyanın vəkillik prosesini dəstəkləyir, çünki yeni məcburi beynəlxalq sənəd yaşlı insanların hüquqlarının qorunması və təşviqi üçün vacib və güclü bir mexanizmdir.
11-ci iclasın açılış tədbiri çərçivəsində Xalq Müdafiəçisi öz videomüraciətində, yaşlı insanların hüquqlarının qorunması və həyata keçirilməsində ölkənin qarşılaşdığı çətinliklərdən qısa olaraq bəhs etdi və qeyd etdi ki, qlobal pandemiya yaşlı insanların qarşılaşdığı çətinlikləri daha aydın göstərdi və yaşlı insanların hüquqları haqqında yeni Konvensiyanın hazırlanmasının və qəbul edilməsinin zəruriliyini vurğuladı.
31 Martda Xalq Müdafiəçisinin Birinci müavini Tamar Gvaramadze yaşlıların məşğulluq hüquqları ilə bağlı müzakirədə iştirak etdi. Onun sözlərinə görə, konstitusiya çərçivəsinə və digər qaydalara və standartlara baxmayaraq, aidiyyəti dövlət qurumları tərəfindən Gürcüstanda yaşlı insanların məşğulluq potensialının inkişafı və istifadəsi üçün effektiv tədbirlər görülməyib.
1 aprel tarixində Xalq Müdafiəçisinin birinci müavini, yekunlaşdırıcı müzakirədə Xalq Müdafiəçisi Aparatının üzvü olduğu Milli İnsan Haqları Təşkilatlarının Qlobal İttifaqının yaşlanma ilə bağlı işçi qrupu adına bir bəyanat verdi. Bəyanatda, digər məsələlər arasında, BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun yaşlı insanların hüquqları ilə bağlı yeni bir konvensiyanın hazırlanmasında və qəbul edilməsində ən qısa müddətdə qətiyyətli addımlar atması lazım olduğu vurğulandı. Bundan əlavə, Tamar Gvaramadze qeyd edib ki, yeni konvensiyanın hazırlanması üçün üzv dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının və milli insan hüquqları institutlarının mütəxəssislərini və müstəqil BMT ekspertini bir araya gətirəcək bir alt qrupun yaradılması lazımdır.