Yeniliklər

Xalq Müdafiəçisi Avropa İttifaqının Gürcüstandakı səfiri ilə görüşüb

17 iyun 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ilə görüşüblər.

Görüşdə Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı tədbirlər və öhdəliklərin yerinə yetirilməsi vəziyyətindən danışılıb, bu istiqamətdə Xalq Müdafiəçisinin rolu müzakirə olunub.

Tərəflər, həmçinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun icrasının gözlənilən nəticələri, qanuna etirazlar zamanı həbs olunan və xəsarət alanların, o cümlədən hələ də istintaq təcridxanasında olanların vəziyyəti, cinayət işi üzrə istintaqın gedişi barədə danışıblar. Onların işlərini Xüsusi İstintaq Xidməti aparır.

Aİ səfiri, həmçinin, Xalq Müdafiəçisi Aparatının parlament seçkilərində müşahidə mandatı və seçkiqabağı kampaniya zamanı nifrət nitqindən istifadənin zərərli praktikasının qarşısının alınması ilə də maraqlanıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)