Yeniliklər

Gürcüstanın Xalq Müdafiəçisinin beynəlxalq tərəfdaşlar və donor təşkilatlarla illik əlaqələndirmə görüşü

24 aprel 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani beynəlxalq tərəfdaşlar və donor təşkilatlarla illik əlaqələndirmə görüşü keçirdi.

Levan İoseliani salamlama nitqində Xalq Müdafiəçisi Aparatının gücləndirilməsi, təkmilləşdirilməsi və davamlı inkişafı üçün tərəfdaşların dəstəyinin vacibliyindən danışıb və onlara uzun illər ərzində göstərdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkür edib. Xalq müdafiəçisi görüşlərin və ikitərəfli məlumat mübadiləsinin müsbət tərəflərini də vurğuladı.

Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze aparatın institusional inkişaf strategiyasını təqdim edib, təşkilati gücləndirilmə istiqamətləri, səmərəliliyin artırılması mexanizmləri, beynəlxalq və yerli təşkilatlarla əlaqələrin formatı və tematik prioritetlərdən danışıb.

Görüş müzakirə və sual-cavab rejimində keçdi. İştirakçılar ikitərəfli münasibətləri davam etdirməyə tam hazır olduqlarını bildiriblər və daha səmərəli ünsiyyət imkanları barədə razılığa gəliblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)