Yeniliklər

Gürcüstanın Xalq Müdafiəçisinin birinci müavini ENNHRI-nin yüksək səviyyəli məsləhətləşmələrində iştirak edib

24 oktyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Bolqarıstanın paytaxtı Sofiyada Avropa Milli İnsan Hüquqları Təşkilatları Şəbəkəsinin (ENNHRI) yüksək səviyyəli məsləhətləşmələrində iştirak etdi və burada böhranın aradan qaldırılması yolları haqqında və regionda qanunun aliliyi baxımından problemlər haqqında danışdı.

İclasda Tamar Qvaramadze ENNHRI adından hazırlanan illik qanunun aliliyi hesabatının strukturunu təqdim edib, orada əhatə olunan mövzuları nəzərdən keçirib və hesabatın hazırlanması iş prosesinin idarə edilməsi və müddətləri barədə danışıb. O, həmçinin ENNHRI-nin qanunun aliliyinə dair hesabatının gələcək prioritetləri ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Aparatı tərəfindən hazırlanmış tövsiyələri təqdim edib.

İclasda milli insan hüquqlarının müdafiəsi institutları, vətəndaş cəmiyyəti və ATƏT/DTİHB, Avropa Komissiyası, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa Regional Ofisi, Bolqarıstan Helsinki Komitəsi və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)