Gürcüstanın Xalq Müdafiəçisi Vaşinqtonda işgüzar görüşlər keçirəcək
3-5 sentyabr 2024-cü il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin müavini Tamar Qvaramadze Vaşinqtonda ABŞ Dövlət Departamentinin, Beynəlxalq Avrasiya Respublika İnstitutunun, Avrasiya Bürosunun rəhbərləri ilə işgüzar görüşlər keçirəcəklər. Milli Demokratiya İnstitutunun (NDİ) nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.