Yeniliklər

Gürcüstanın Xalq Müdafiəçisi Avropa İttifaqının Gürcüstandakı səfiri ilə görüşüb

29 sentyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcaria Avropa İttifaqının Gürcüstana yeni təyin olunmuş səfiri Pavel Herçinski ilə görüşüb.

Giriş iclasında Nino Lomjaria səfirə Gürcüstanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyət, Xalq Müdafiəçisi Aparatının prioritetləri və insan hüquqları institutlarının üzləşdiyi problemlər barədə məlumat verib. Söhbət həmçinin Gürcüstanın Avropa perspektivindən, üzvlüyə namizəd statusu ilə bağlı Avropa İttifaqının 12 öhdəliyinin yerinə yetirilməsi məsələsindən də danışılıb.

İclasda Xalq Müdafiəçisinin müavini Tamar Qvaramadze və Giorgi Burcanadze iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)