Yeniliklər

Krım Parlament Sammiti çərçivəsində təşkil olunan konfransda Gürcüstanın Xalq Müdafiəçisi məruzə ilə çıxış edib

26 oktyabr 2022-ci il tarixində birinci Krım Parlament Zirvəsi çərçivəsində ombudsmanların və insan hüquqlarının müdafiəsi institutlarının NHRI-lərinin “İnsan hüquqları uğrunda mübarizə. Krım, Ukrayna və dünya ” adlı konfransı keçirilib.

Onlayn tədbirdə Krımda və Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş digər ərazilərində insan hüquqlarının pozulması, beynəlxalq silahlı münaqişələr zamanı ombudsmanların və milli insan hüquqları institutlarının rolu, qaçqınların qəbulu və onların insan hüquqlarının müdafiəsi barədə danışılıb.

Nino Lomjaria öz çıxışında ötən əsrin 90-cı illərində və 2008-ci ildə Rusiya tərəfindən insan hüquqlarının və humanitar hüququn ən ağır şəkildə pozulması faktlarına qısaca nəzər salıb, O, ölənlər, yaralananlar və yüz minlərlə günahsız məcburi köçkünlərdən danışıb. Gürcüstanda aparılan etnik təmizləmə haqqında hansını ki, Rusya həyata keçirib.

Xalq Müdafiəçisi həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından və Gürcüstanın işğal olunmuş ərazilərində insan hüquqlarının davamlı pozulmasına effektiv nəzarəti həyata keçirən tərəf kimi Rusiya Federasiyasının məsuliyyətindən danışıb, həm də işğal xətti boyunca. Onların arasında həyat, təhlükəsizlik, əmlak, hərəkət, təhsil və digər hüquqların kobud şəkildə pozulması praktikası var.

“İnsan hüquqlarının pozulması ilə bağlı bu dəhşətli təcrübəni nəzərə alaraq, Gürcüstan xalqı və şəxsən mən Rusiyanın 2014-cü ildə qanunsuz aqresyasından və 24 fevral 2022-ci il genişmiqyaslı işğalından sonra Ukraynaya gələn ağrıları hiss edirik. Bu cür ağır və qeyri-insani əməlləri törədənlərin, o cümlədən yüksək siyasi məmurların və bir dövlət olaraq Rusiyanın beynəlxalq hüququn pozulmasına görə cavab verməsi vacibdir. Bu baxımdan, ICC prokurorunun Ukraynadakı vəziyyətlə bağlı araşdırmasını alqışlayıram və ümid edirəm ki, Rusiya keçmişdə və indi insanlığa qarşı törədilmiş cinayətlərə görə cavab verəcək”, - deyə Xalq Müdafiəçisi bildirib.

Tədbirdə iştirak edən ombudsmanlar, NHRI-ların rəhbərləri və dünyanın hər yerindən olan nümayəndələr öz fikirlərini və təcrübələrini bölüşüblər, insan hüquqlarına əsaslanan cəmiyyətlərin qurulmasından danışıblar, ukraynalı qaçqınların məskunlaşdırılması məsələləri, onların hüquqları və onları qəbul edən ölkələrin milli sistemlərin qarşısında duran vəzifələr müzakirə edilib.

Konfransın nəticələrinə əsasən qurumlar tərəfindən imzalanmaq üçün açıq olan bəyannamə hazırlanıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)