Yaşlı insanların hüquqları təhlükə altındadır: Milli insan hüquqları institutları BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun 11-ci sessiyasında
Gürcüstanın Xalq Müdafiəçisi Aparatının əməkdaşı Mariam Tavdgiridze və Polşanın İnsan Hüquqları üzrə Müvəkkili Ofisinin nümayəndəsi Anna Xabiera Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) internet saytı üçün məqalə hazırlayıb və “Təhlükədə olan yaşlı insanların hüquqları: BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun 11-ci Sessiyasında Milli İnsan Hüquqları İnstitutları” adlı məqalə dərc ediblər.
Məqalədə BMT səviyyəsində yaşlı insanların hüquqlarının təşviqində, o cümlədən BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun (UN OEWG on Aging) 11-ci seeyiyasındaiştirak etməkdə Milli İnsan Hüquqları Təşkilatlarının (NHRIs) rolundan bəhs edilir. Bu sessiyada Avropa NHRI-ları Yaşlıların Hüquqları haqqında yeni Konvensiya hazırlamağa və qəbul etməyə hazır olduqlarını və öhdəliklərini bir daha təsdiq etdilər. Polşa və Gürcüstan NHRI-larının rəhbərliyi altında digər Avropa NHRI-ları yuxarıda qeyd olunan sessiyaya cəlb olunub.
Cari il martın 29-dan aprelin 2-dək BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun 11-ci sessiyası keçirilib. Məhdudiyyətlərə görə görüş onlayn keçirilib. Sessiyada Koronavirus pandemiyasının yaşlı insanların hüquqlarına təsiri və bununla bağlı problemlər müzakirə olunub. Qeyd edək ki, BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupu yaşlı insanların hüquqlarının pozulması hallarını müzakirə edən və problemlərin həlli istiqamətində müvafiq fəaliyyətləri müzakirə edən yeganə beynəlxalq forumdur.
Pandemiya və yaşlıların hüquqları ilə yanaşı, görüş iştirakçıları mühüm məlumatlar paylaşdılar, o cümlədən yaşlıların təhsili, sosial müdafiə və təhlükəsizlik, məşğulluq hüququ və s.
Bundan əlavə, BMT-nin Açıq İşçi Qrupunun 11-ci sessiyası zamanı Milli insan hüquqları institutları və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən hazırlanmış və dəstəklənən Yaşlıların Hüquqları haqqında yeni Konvensiyanın hazırlanması və qəbul edilməsinin zəruriliyi ilə bağlı birgə bəyanat təqdim edilmişdir , Hansı ki, Polşa və Gürcüstanın Milli İnsan Hüquqları İnstitutları tərəfindən hazırlanmış və dəstəklənmişdir. Bəyanatı 51 təşkilat imzalayır. Bəyanatda deyilir ki, beynəlxalq sənədin qəbulu üçün təbliğat prosesinə Avropa rəhbərlik etməlidir.
Yaşlıların hüquqlarının müdafiəsi və təşviqi Gürcüstan Xalq Müdafiəçisi Aparatının mühüm fəaliyyət istiqamətlərindən biridir. Müvafiq olaraq, Aparat BMT səviyyəsində yaşlı insanların hüquqlarının müdafiəsində fəal iştirakını davam etdirəcək və BMT-nin Yaşlanma üzrə Açıq İşçi Qrupunun 12-ci sessiyasında iştirak edəcəkdir.