Yeniliklər

Xalq Müdafiəçisi hüquq müdafiəçisi Nata Feradzenin avtomobilinin zədələnməsi faktına cavab

2022-ci il oktyabrın 22-də mediada vətəndaş fəalı Nata Feradzenin avtomobilinin boyalarla rənglənməsi və üzərində təhqiredici yazıların qalması barədə məlumat yayılıb. Hüquq müdafiəçisinin özü də bunun mümkün səbəbi kimi Tbilisi merinin son tənqidlərini və “Alt-İnfo”ya qarşı səsləndirilən mövqeyi göstərir.

Xalq Müdafiəçisi yuxarıda qeyd olunan hücum faktını vətəndaş fəalına qarşı mümkün qisas kimi pisləyir, məqsədi ölkədə insan haqları fəaliyyətinin həyata keçirilməsi üçün qorxuducu mühit yaratmaqdır.

Xalq Müdafiəçisi vurğulayır ki, hakimiyyət nümayəndələrinin tənqidi onların fəaliyyətinin təkmilləşdirilməsinə, məsuliyyətin artırılmasına xidmət edir. İnsan hüquqları ilə bağlı məsələlərin ictimai müzakirəsi ölkənin demokratik inkişafına mühüm töhfə verən hüquqların müdafiəsi fəaliyyətinə aiddir. Hüquq müdafiəçilərinin əvəzsiz rolunu nəzərə alaraq, onların beynəlxalq səviyyədə müdafiəsi üçün bir sıra təminatlar yaradılmışdır[1] ki, bu təminatlar çərçivəsində dövlətin öhdəliyi vardır, o cümlədən fəalları üçüncü şəxslər tərəfindən həyata keçirilən hücumlardan qorumaq və belə faktlar aşkar edildikdə, cəzasızlıq mühitinin qarşısının alınması üçün səmərəli hüquqi cavab vermək.

Xalq müdafiəçisi qeyd olunanları nəzərə alaraq, təhqiqat orqanlarını Nata Feradzenin avtomobilinin zədələnməsi faktı ilə bağlı vaxtında və hərtərəfli araşdırma aparmağa, məsul şəxslərin müəyyən edilməsi və onların üzərinə müvafiq məsuliyyətin qoyulmasına çağırır.

Əlamətdar haldır ki, hüquq müdafiəçilərinə qarşı düşmənçilik mühitinin yaradılmasına müəyyən dərəcədə yüksək siyasi məmurların onları nüfuzdan salmağa yönəlmiş bəyanatları kömək edib ki, bu da Xalq Müdafiəçisinin keçmişdə dəfələrlə qəbuledilməz praktika kimi dəyərləndirib.[2] Ona görə də biz bir daha məmurları hüquq müdafiəçilərinə qarşı kampaniyalardan çəkinməyə və onlara qarşı cinayət əməllərini ictimai şəkildə pisləməyə çağırırıq.


[1] Onların arasında, bax 1998-ci il BMT-nin İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməsi ilə tanış olmaq olar: < https://bit.ly/3f6zeqa >; Avropa Şurasına üzv dövlətlərdə insan haqları müdafiəçilərinin müdafiəsi ilə bağlı Parlament Assambleyasının qətnaməsi ilə aşağıdakı internet səhifəsində tanış olmaq olar: < https://bit.ly/3socFQZ > və ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Təlimatlar Hüquq müdafiəçilərinin müdafiəsi üzrə idarənin internet saytından tanış olmaq olar: < https://bit.ly/3D1he8 >.

[2] Xalq Müdafiəçisinin 2021-ci il parlament hesabatı, səh.194; Xalq Müdafiəçisinin 2020-ci il parlament hesabatı, səh.257; Xalq Müdafiəçisinin 2019-cu il parlament hesabatı, səh.250; Xalq Müdafiəçisinin 2018-ci il parlament hesabatı, səh.167

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)