Yeniliklər

Gürcüstanın Xalq Müdafiəçisi Mərkəzi Seçki Komissiyasına müraciət edir Gürcüstanın işğal olunmuş ərazilərində qeydiyyatdan keçmiş Gürcüstan vətəndaşlarına seçkilərdə iştirak etmək imkanı verilsin

Son günlər Gürcüstanın Xalq Müdafiəçisi belə hallardan xəbər tutub nə vaxt ki, xaricdə olan Gürcüstan vətəndaşları işğal olunmuş ərazilərdə qeydiyyata alındıqda, hansıların ki, məcburi köçkünlərin məlumat bazasında Gürcüstanda faktiki yaşayış yeri olmasa da, onlara öz məlumatlarını vahid seçki siyahısında əks etdirmək və müvafiq olaraq seçkilərdə iştirak etmək imkanı verilmir[1].

Həmçinin bildirilir ki, Abxaziyadan köçkün düşmüş Gürcüstan vətəndaşlarından seçkilərdə iştirak etmək üçün qeydiyyat yerlərini dəyişmək istəniləcək, bu isə onların Gürcüstanın işğal olunmuş ərazisindəki ünvanının bundan sonra qeydiyyat yeri kimi göstərilməməsi deməkdir.

Məsələnin araşdırılması nəticəsində xalq müdafiəçisi hesab edir ki, işğal olunmuş ərazilərdən məcburi köçkün edilmiş şəxsin işğal olunmuş ərazidə daimi yaşayış yerinin saxlanmasının haqqı, hüquqi və siyasi əhəmiyyəti var, ona görə də belə şəxslər öz daimi ünvanlarını dəyişmək istəmirlər. Eyni zamanda, Xalq Müdafiəçisi vurğulayır ki, qeydiyyatın texniki məsələsi onların konstitusiya ilə təmin edilmiş seçkilərdə iştirak hüququnun məhdudlaşdırılması üçün əsas olmamalıdır, xüsusən bu seçkilər yerli özünüidarə deyil, ümumi dövlət seçkiləridirsə. Müvafiq olaraq, Gürcüstanın Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində insan hüquqlarına əsaslanan yanaşma və normaların sistemli təfsiri əsasında onun üçün mövcud olan bütün imkanlardan istifadə etməyə və həmin şəxslərin məlumatlarını seçki komissiyasını vahid seçki siyahısı daxil etməyə çağırılır.


[1] bax. <https://t.ly/xQLDc>; <https://t.ly/zrmjg>; <https://t.ly/eJR1y>; <https://t.ly/IHvCw>;

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)