Yeniliklər

Strasburq Məhkəməsi 20-21 iyun 2019-cu il tarixlərində keçirilən etiraz aksiyasının dağıdılması ilə bağlı İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin prosessual aspektinin pozulmasını müəyyən edib

Avropa İnsan Hüquqları Məhkəməsi [1] 20-21 iyun 2019-cu il tarixlərində mitinqin dağıdılması zamanı etirazçılara qarşı rezin güllələrdən və fiziki zorakılıqdan istifadənin səmərəsiz araşdırılmasına görə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektinin pozulmasını müəyyən edib.

Əhəmiyyətlidir ki, Avropa Məhkəməsi öz qərarında Xalq Müdafiəçisinin xüsusi və parlament hesabatlarının nəticələrinə və tövsiyələrinə istinad edir.

Məhkəmənin fikrincə, hələ 2019-cu ilin iyulunda və 2020-ci ilin martında Baş Prokurorluğun istintaq orqanlarının hadisələrin sistemli təhlili aparmasının vacibliyini vurğulamasına baxmayaraq, indiyədək belə bir təhlil aparılmayıb; Gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün hadisələrin təfərrüatlı xronologiyasını, fəaliyyət bölgüsünün planlaşdırılması və həyata keçirilməsi mərhələlərini təsvir edən rəsmi hesabat da hazırlanmayıb. Xalq müdafiəçisinin açıq-aydın tövsiyələrinə baxmayaraq, rəhbər şəxslərin məsuliyyəti məsələsi düzgün müzakirə olunmayıb və qiymətləndirilməyib.

Avropa Məhkəməsi həmçinin dövlətin genişmiqyaslı polis tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı qanun pozuntusuna yol verməkdə şübhəli bilinən polis əməkdaşlarının müəyyən edilməsi imkanını təmin etmək öhdəliyinə diqqət yetirib. (Söhbət maskalı polislərin görünən şəxsiyyət nişanlarından gedir).

Konvensiyanın 3-cü maddəsinin əsas aspektinə gəlincə, indiki mərhələdə Avropa Məhkəməsi istintaqın hələ də davam etməsi səbəbindən qərar qəbul etməkdən yayınıb.

Məhkəmə qeyd edir ki, qərarın icrası üçün ilk növbədə Gürcüstan hakimiyyəti hazırkı istintaq çərçivəsində açıq qalan məsələlərlə bağlı müvafiq nəticələr çıxarmalıdır.

Xalq Müdafiəçisi hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası və istintaq orqanının mitinqin dağıdılması zamanı baş verən hadisələrin tam mənzərəsini yaratması və aidiyyəti şəxslərin məsuliyyət məsələsinə qiymət verməsi zəruridir.


[1] İş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 7 may 2024-cü il tarixli qərarı „Tsaava and others v. Georgia “ bax. <https://hudoc.echr.coe.int/eng#{%22fulltext%22:[%22tsaava%22],%22itemid%22:[%22001-233412%22]}>

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)