Xalq müdafiəçisi 8 saylı cəzaçəkmə müəssisəsində və təqsirləndirilən və məhkum olunmuşların 18 saylı müalicə müəssisəsində olub
26 iyul 2023-cü il tarixində Xalq Müdafiəçisi Levan İoseliani 8 saylı qapalı cəzaçəkmə müəssisəsində və təqsirləndirilən və məhkum olunmuş şəxslər üçün 18 saylı müalicə müəssisəsində olub.
Xalq Müdafiəçisi həm məhbuslarla, həm də həbsxana rəhbərliyi və tibb işçiləri ilə görüşüb. O, məhkumlarla söhbət edib, onların məişət şəraiti ilə tanış olub, hər iki müəssisənin infrastrukturuna baxış keçirib
Xalq Müdafiəsi Aparatı qapalı qurumlara sistemli şəkildə nəzarət edir. O, məhbusların hüquqi statusuna və penitensiar xidmətin riayət etməli olduğu standartlara nəzarət edir, habelə məhbusların fərdi şikayətlərini araşdırır.