Xalq müdafiəçisinin nümayəndəsi mitinqdə həbs olunan şəxslərə baş çəkib
Xalq müdafiəçisinin nümayəndəsi 17 aprel mitinqində həbs olunan bir vətəndaşa baş çəkib. Saxlanılan şəxs həbsinin əsassız edildiyini iddia edir.
İnzibati qaydada saxlanılan ikinci vətəndaşın da yeri müəyyən edilib və yaxın saatlarda ona baş çəkəcək.
Bundan əlavə, Xalq Müdafiəçisi Aparatı bu gün Milli Məclisin deputatı Aleksandre Elisaşviliyə polis tərəfindən qeyri-qanuni rəftar edilməsi faktı ilə bağlı araşdırmaya başlamaq üçün Xüsusi İstintaq Xidmətinə müraciət edir.
Xalq müdafiəçisi Xüsusi İstintaq Xidmətini dərhal istintaqa başlamağa və cavabdeh şəxslərin müəyyən edilməsi üçün bütün istintaq hərəkətlərini həyata keçirməyə çağırır. Aparat araşdırmanın effektivliyinə nəzarət edəcək.