Batumidə baş verən hadisələrlə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisinin məlumatına görə, 2023-cü il iyulun 31-də Batumi limanında Rusiyanı tərk edən kruiz gəmisinə qarşı keçirilən etiraz aksiyasında Daxili İşlər Nazirliyinin əməkdaşları 166 və 173-cü maddələrlə 19 nəfəri həbs ediblər. Gürcüstan İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ittiham olunaraq həbs edilib, onların arasında, ehtimal edilir ki, biri Ukrayna vətəndaşıdır.
Xalq müdafiəçisinin nümayəndəsi aksiyada həbs edilən üç vətəndaşla görüşüb, onlardan biri R. M. polis əməkdaşları tərəfindən şifahi və fiziki zorakılıq faktı barədə danışıb. Saxlanılan R.M ilə əlaqəli Xalq Müdafiəçisi Aparatı dərhal Xüsusi İstintaq Xidmətinə ehtimal edilən düzgün olmayan rəftar barədə məlumat verib və tez və effektiv cavab gözləyir.
Acarıstan Muxtar Respublikası Polis Departamentinin Batumi Şəhər Şöbəsindən Xalq Müdafiəçisinin nümayəndəsinə verilən məlumata görə, etiraz aksiyasında həbs olunan 9 vətəndaş Senaki və Zuqdidi müvəqqəti saxlama təcridxanalarına köçürülüb. Bu arada iki məhbusun Özurgeti təcridxanasına köçürülməsi planlaşdırılır.
Gürcüstanın Xalq Müdafiəçisi mitinqdə həbs edilənlərin hüquqlarının pozulması faktlarını öyrənməyə və vəziyyətlə bağlı ictimaiyyətə məlumat verməyə davam edəcək.