Yeniliklər

Mitinqdə həbs olunanlarla bağlı Xalq Müdafiəçisinin açıqlaması

Gürcüstanın Xalq Müdafiəçisi Diqomidəki müvəqqəti saxlama təcridxanasında keçirilən aksiya iştirakçılarına baş çəkib. Xalq Müdafiəçisinin sözlərinə görə, 15 məhbusdan 2-si istisna olmaqla, hamısı saxlanarkən onlara dəhşətli fiziki təzyiq göstərildiyini iddia edir.

“Görünən xəsarətlər əsasən üzdə olub, lakin bəzilərinə görə bədənin digər hissələri də zədələnib. Saxlanılanlardan birinin üzünün hər tərəfi qan içində idi.

Gördüklərim heç bir əsası olmayan qəddarlıqdır. Mən bir daha polisi həbs zamanı səlahiyyətlərini aşmamağa çağırıram. Qanuna ilk növbədə asayiş keşikçisi əməl etməli və cinayətkarla qanuna uyğun davranılmalıdır. Hər kəs cavabdeh olmalıdır. Saxlayan, polis əməliyyatı keçirən, sonra saxlanma şəraitini araşdıran hər kəs.

Mən Xüsusi İstintaq Xidmətinə müraciət edirəm ki, hər bir işi səmərəli araşdırsın. Belə işlərin araşdırılmasının ləngiməsi ona gətirib çıxarıb ki, hər il daha çox insan mitinqlərdə zorakılığın qurbanına çevrilir. Araşdırmasız qalan, dövlətin vaxtında və adekvat cavab vermədiyi hər bir hal onların təkrarlanma ehtimalını artırır. Ona görə də bu proses dayandırılmalıdır.

Biz bütün məlumatları açıqlayacağıq və əlimizdə olan bütün materialları Xüsusi İstintaq Xidmətinə göndərəcəyik. Həmçinin biz istintaqın gedişatını izləyəcəyik”, - deyə Xalq Müdafiəçisi media ilə söhbətində bildirib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)